Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin dəyişməsi mənzil almağı yalnız yaşayış ehtiyacı deyil, həm də investisiya vasitəsi kimi gündəmdə saxlayır. Bəzi vətəndaşlar aldıqları mənzilləri kirayəyə verərək müntəzəm gəlir əldə etməyə, eyni zamanda əmlakın gələcəkdə bahalaşmasından qazanc götürməyə çalışırlar.
Bəs hazırda mənzil alıb kirayəyə vermək nə dərəcədə sərfəlidir? Mənzilin alış qiyməti, kirayə gəliri və digər xərclər nəzərə alındıqda, bu investisiya qoyulan vəsaiti neçə ilə geri qaytara bilər?
Demokrat.az-a açıqlamasında əmlak eksperti Anar Nəsirov bildirib ki, əksər ölkələrdə olduğu kimi, məhz Azərbaycanda da əmlak bazarı tələb və təklif prinsipi ilə işləyir.

Onun sözlərinə görə, tələb çox olduqda qiymətlər yuxarı qalxır, təklif çox olduqda qiymətlər aşağı enir:
"Aşağı enmənin də səbəbi odur ki, satanların real müştəri cəlb etmək üçün, alıcılar ilə onların rəqabət nəticəsində qiymətləri aşağı salırlar, məhz buna görə də qiymətlər aşağı enir. Hazırda 2019-cu ildən başlayaraq Azərbaycan əmlak bazarında hər il müvafiq faiz dərəcələrində qiymət artımı yaşanır. Bu qiymət artımı istər kirayə mənzildə olsun, istərsə də satış, satılan mənzillər də olsun, hər iki işdə də artır. Bu artımın səbəbləri isə hər iki işdə də mənzilə tələbatın artması səbəbi kimi qiymətləndirmək olar. Belə ki, pilot layihə çərçivəsində Bakı şəhərin 2040-cı ilə qədər olan baş planın əsasən istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan yaşayış binaları, kvartallar və həyət evləri sökülərək yerində müasir tələblərə cavab verən hündürmərtəbəli binalar və yaşayış kompleksləri tikilir.
Məhz bu aparılan yenidənqurma işləri ilə əlaqədar həmin o kvartallarda və binalarda yaşayan vətəndaşlar şirkət tərəfindən kirayəyə mənzillər təmin edilir, daha sonra həmin o yaşayış binası və yaxud da kvartal sökülərək yenidən bina tikilir. Məhz bu bina başa çatdıqdan sonra həmin o kirayə çıxmış vətəndaşlar yenidən öz mənzillərini qaytarılır və kirayə pulu dayandırılır. Mexanizm bu cür işləyir. 2019-dan da başlayaraq hər il bu sökülən binaların istismar müddəti başa çatmış sökülən binaların və kvartalların sayı artır. Hər il keçdikcə bu artımın nəticəsində də istər satış olsun, istər də kirayə olsun mənzillərə tələbat artır. Bu şəxsi şirkətlərin, yəni belə deyək də, şirkətlərin həyata keçirdiyi pilot layihələrdir.
Digər tərəfdən dövlət əhəmiyyətli obyektlərin tikintisi üçün də, yəni bu obyektlər nədən ibarətdir? Metro xəttlərinin çəkilməsi, tramvay stansiyalarının qurulması, metro stansiyalarının tikilməsi, yolların genişləndirilməsi, parkların salınması və digər layihələr çərçivəsində bildiyiniz kimi işlər aparılır. Bu layihələr çərçivəsində parkların və digər dövlət əhəmiyyətli obyektlərin tikintisi üçün nəzərdə tutulan ərazilərdəki mənzillər sökülür, vətəndaşlara isə kompensasiya ödənilir. Daha sonra həmin ərazilərdə abadlıq işləri aparılır və müvafiq infrastruktur yaradılır.
Bina tikmədiyi üçün və məhz bu vətəndaşlara dövlət tərəfindən mənzilin yeri və kvadratı nəzərə alaraq kompensasiya verilir. Söküntü iki tərəfdən aparılır, bir şirkətlər tərəfindən, özəl şirkətlər tərəfindən, digər isə dövlət əhəmiyyətli obyektlərin tikintisi üçün iki mərhələdə tikintilər aparılır. Sökülmə və tikilmə prosesləri gedir. Məhz bu proseslərin də hər il keçdikcə miqyasının böyüməsi həm kirayə bazarını, həm də mənzil bazarına təsirsiz ötüşmür. Hər ikisində də qiymətlər hər il keçdikcə müvafiq faiz dərəcələrində qiymətləri yuxarı qalxır".
Ekspert əlavə edib ki, bir binanın tikintisi təxminən 2 il yarım-3 il çəkir:
"Bu müddətdə sökülən binalarda yaşayan onlarla ailə kirayə mənzillərə köçür və yeni bina istifadəyə verilənədək həmin mənzillər kirayə bazarına qayıtmır. Yeni söküntülər baş verdikcə kirayə mənzillərə tələbat daha da artır. Nəticədə isə kirayə qiymətləri ildən-ilə yüksəlir. Yəni bu gün, investisiya baxımından ən uğurlu investisiya əmlak bazarıdır. Çünki burada həm aldığın pula, hər il müvafiq faiz dərəcəsində məsələn bu gün 200 minə aldığın bir mənzil gələn il 210-220 min manat arasında dəyişəcək qiymətə gəlib çıxacaq. Digər tərəfdən də nəzərə alsaq 200 min aldığın yeni binanı 800 manata kirayə verirsənsə, bu da illik, belə deyək, hardasa 9000 manata yaxın pul edir. Bu da üstünə gəldikdə görərik ki, burada hardasa, belə deyim sizə, 20%-ə qədər hər il həmin əmlakı alan sərmayədara 20 mindən çox yuxarı gəlir gətirir. Yəni bu baxımdan investisiyasının, yəni investitorun əmlak bazarı hazırda üzünü güldürməyə davam edir, yəni onu qazandırmağa davam edir. Yəni haçan indiki əmlak bazarı Azərbaycanda haçan əmlakı alarsansa o zaman qazanca çıxa bilərsən. Əgər bu əmlakı alıb kirayə verərsənsə də, bu əlavə qazanc deməkdir. Bu gün 200 min manata aldığımız yeni binanı çox rahatlıqla 750-800 manata azından kirayə vermək olar. Bu da illik 9000 manat pul deməkdir. Bu da heç də pul az pul demək deyil.
Digər tərəfdən nəzərə alsaq ki, satış bazarında hər il qiymətlərin artımı müşahidə edilir. Yəni bunun da üstünə gələndə həmin o gələn il bir illə, bir ilə qədər qiymətin artımının, satış qiymətinin artımını gələndə üst-üstə görərik ki, burada yəni çox yaxşı qazanc əldə etmək olar. Yəni bu baxımdan son illərdə, əvvəllər düzdür o o qədər də gözə dəyməsə də, son illər də yəni bu bizneslə məşğul olan yerli vətəndaşların, yerli iş adamlarının və xarici iş adamlarının sayında artım müşahidə edilir. Belə ki, düzdür, əvvəllər bu şeylər olmasa da, son illər yerli və xarici iş adamları daha çox bu saheylə maraq göstərirlər. Yəni alaraq həmin mənzili kirayə verərək burdan həm gəlir əldə edirlər, həm də gələcəkdə bir ildən, il yarımdan sonra bu mənzili yenidən satışa çıxararaq bunun üzərindən qazanc əldə etmiş olurlar. Olduqca səmərəli, qazanclı bir işdir. Yəni bu ilə məşğul olanların sayı məhz bu nöqteyi-nəzərdən hər il keçdikcə daha da artır. Yəni bu öz investorun üzünü hər zaman, əgər bazar bu tendensiya ilə davam edərsə, bu öz investironun üzünü güldürməkdə və əlavə qazancların gətirilməsində davam edəcək".


