Şou-biznes

Murat Boz kömək istədi — Yüzlərlə insan var

Murat Boz kömək istədi — Yüzlərlə insan var

Türkiyəli müğənni Murat Boz İstanbulda yağan güclü leysan nəticəsində çətin vəziyyətlə üzləşib.

Sənətçi sosial şəbəkədə paylaşım edərək olduğu studiyanı su basdığını, elektrik enerjisinin kəsildiyini və binada yüzlərlə insanın köməksiz qaldığını bildirib.

Müğənninin sözlərinə görə, ərazidə suyun səviyyəsi təxminən iki metrə çatıb. Binaya su dolduğu üçün insanlar hərəkət edə bilməyib, qadınlar isə təhlükəsizlik məqsədilə ara mərtəbəyə çıxarılıb.

"Yolu iki metr hündürlüyündə su basıb. Studiyaya da su dolur, hərəkət edə bilmirik. Xanımları ara mərtəbəyə çıxarmışıq. Orada ən çox 30-35 nəfər qala bilər. İçəriyə su dolmaması üçün dua edirik. Burada yüzlərlə insan var", – deyə Murat Boz bildirib.

Sənətçi ərazinin tamamilə su altında qaldığını, studiyaları su basdığını və elektrik enerjisinin kəsildiyini vurğulayıb. O, aidiyyəti qurumlardan təcili yardım və təxliyə dəstəyi istəyib.

Murat Boz yüzlərlə əməkdaşla birlikdə binada köməksiz vəziyyətdə qaldıqlarını qeyd edərək, səlahiyyətli şəxslərə müraciət edib.

Editor
Redaktor