Özəl Kriminal

Ana onu döyən oğlunu məhkəmədə bağışladı

Ana onu döyən oğlunu məhkəmədə bağışladı

Bakının Xəzər rayonunda oğul anasına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Taleh ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı anası Vəfa (adlar şərtidir – red.) ilə mübahisə edib.

Aralarında baş vermiş mübahisə zamanı 36 yaşlı kişi anasının sifət və boyun nahiyələrinə şillə və yumruqla, eləcə də bədən nahiyəsinə təpiklə bir neçə dəfə qəsdən zərbələr endirərək ona xəsarətlər yetirib.

Faktla bağlı Talehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Taleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu və anası ilə barışdığını deyib. Anası da oğlu ilə barışdığını təsdiqləyib, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.

Fariz Məlikli

Editor
Redaktor