Region

Ermənistan ağır silahlarla təlimlərə başlayıb: düşmənin arxa cəbhəsində nə baş verir? - VİDEO

Ermənistan ağır silahlarla təlimlərə başlayıb: düşmənin arxa cəbhəsində nə baş verir? - VİDEO

Ermənistan Silahlı Qüvvələri müasir artilleriya sistemindən istifadə etməklə təlimlər keçirib.

Ermənistan hərbi qulluqçuları müasir "Aramazd" artilleriya sistemi, radar stansiyası və yeni kvadrosikllərdən istifadə etməklə hərbi təlimlər keçiriblər.

Demokrat.az-məlumat verir ki, Ermənistanın müdafiə naziri Suren Papikyan təlimlərin görüntülərini özünün sosial media hesabında paylaşıb.

"Ən müasir "Aramazd" artilleriya sistemi, radar stansiyası və yeni kvadrosikllərdən istifadə etməklə Ermənistan ordusunun şəxsi heyətinin iştirakı ilə keçirilən təlimlər" – deyə erməni nazir videoya əlavə edib.

Qeyd edək ki, "Aramazd" əslində Ermənistanın Fransadan idxal etdiyi 155 mm-lik CAESAR Mk.1 özüyeriyən artilleriya sistemidir (təkərli haubitsa). Bu adı ermənilər öz uydurduqları nağıllarındakı mifik personajın adından götürüblər.

Artilleriya sistemi haqqında əsas məlumatlar:

Mənşəyi: 2024-cü ildə Ermənistan ilə Fransanın "KNDS France" ("Nexter") şirkəti arasında 36 ədəd sistemin tədarükünə dair müqavilə imzalanıb;

İlk nümayiş və tətbiq: Sistemlər ilk dəfə 2026-cı ilin may ayında İrəvanda keçirilən hərbi paradda ictimaiyyətə təqdim edilib. 2026-cı ilin payızında Ermənistan Müdafiə Nazirliyi "Aramazd" heyətlərinin iştirakı ilə keçirilən genişmiqyaslı taktiki təlimlər barədə rəsmi məlumat yayıb; həmin təlimlərdə heyətlər əks-batareya radarları (o cümlədən "Swati" radarları) və kəşfiyyat PUA-ları ilə sıx koordinasiya şəraitində fəaliyyət göstəriblər;

Kalibr və silahlanma: 52 kalibrli lüləyə malik 155 mm-lik haubitsa (TR F1);

Döyüş çəkisi: təxminən 15,9–17,7 ton ("Renault Sherpa 10" şassisi üzərində 6x6 versiyası) və ya 32 tona qədər ("Tatra" şassisi üzərində 8x8 versiyası);

Heyət: 3–5 nəfər (6x6 versiyası);

Ölçülər (6x6): uzunluq - 10 m, en - 2,55 m, hündürlük - 3,7 m (daşınma vəziyyətində);

Şassi: 6x6 (Renault Sherpa 10 və ya Unimog) və ya 8x8 (Tatra) konfiqurasiyası;

Mühərrik: təxminən 215–240 at gücündə dizel mühərriki;Maksimal sürət: düz yolda 90 km/saata qədər, yolsuzluq şəraitində isə 50 km/saata qədər

Maksimal gediş məsafəsi: 600 km-dən çox

Alparslan