Özəl

Manat sabitdir, bəs qiymətlər niyə artır? – Deputat açıqladı

Manat sabitdir, bəs qiymətlər niyə artır? – Deputat açıqladı

Manatın məzənnəsinin sabit qalması idxal olunan məhsulların qiymətlərində kəskin dəyişikliklərin qarşısını almağa kömək etsə də, bu, bazarda qiymətlərin dəyişməz qalacağı anlamına gəlmir.

Bəs manat sabit olduğu halda bəzi məhsullar niyə bahalaşır? İdxaldan asılılığın azaldılması və yerli istehsalın genişləndirilməsi qiymət artımlarının qarşısını almağa nə dərəcədə kömək edə bilər?

Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, bütövlükdə inflyasiya səviyyəsinə təsir göstərən mühüm faktorlardan biri idxal inflyasiyasıdır və nəzərə alsaq ki, Azərbaycan bir sıra ərzaq, eləcə də qeyri-ərzaq məhsullarını idxal edir və idxal etdiyimiz ölkələrdə müşahidə edilən qiymət artımları idxal inflyasiyasını praktik olaraq sürətləndirir.

Manat sabitdir, bəs qiymətlər niyə artır? – Deputat açıqladı

Onun sözlərinə görə, birmənalı şəkildə təbii ki, qiymət artımlarında idxal inflyasiyasının, yəni xarici ölkələrdə müşahidə edilən və ölkəyə idxal etdiyimiz məhsulların xaricinə birbaşa təsir göstərən qiymət artımlarının xüsusi effekti var:

"Və bu baxımdan təbii ki, idxalın minimallaşdırılması çox vacibdir. Bu ilin 2026-cı ilin ilk 7 ayında Azərbaycanın bütövlükdə ticarət dövriyyəsi 30 milyard dollardan çox olub və bu dövr təbii ki, müsbət saldı var, ixracatımız idxalımızdan çoxdur. Amma buna yanaşı, həmin dövrdə Azərbaycan 10 milyard dollara yaxın məhsul idxal edib. Onların bir qismi təbii ki, ərzaq, bir qismi qeyri-ərzaq məhsullarıdır və bu nəticə etibarilə təbii ki, həmin məhsulların həmin məhsulların idxal olunan məhsullardakı qiymət artımı istehlak bazarına təsir göstərir.

Və xüsusilə nəzərə alsaq ki, biz ərzaq məhsullarına diqqət yetirsək, həmin dövrdə Azərbaycana 129 milyon dollardan çox bitki yağıları, 124 milyon dollardan çox təzə meyvə, 120 milyon dollardan çox ham şəkər, eyni zamanda bir sıra kərə yağı məhsulları, hansı ki, idxalı 95 milyon dollara yaxındır, un qənnadı məhsullarının idxalı 84 milyon dollara yaxın olub, 144 milyon dollara yaxın buğda idxal olunub, 274 milyon dollardan çox dərman vasitələri idxal olunub.

Göründüyü kimi, bir sıra ərzaq, eləcə də qeyri-ərzaq məhsullarının idxalda payı yüksək olaraq qalmaqdadır və sözsüz idxal inflyasiyasının istehlak bazarına təsirlərin minimallaşdırılması üzrə əsas vasitələrdən biri idxalın azaldılması və yerli istehsalın artırılmasıdır. İdxalın azalması yalnız ölkədən valyuta getməsinin qarşısının alınmasının deyil, həm eyni zamanda istehlak bazarı qiymətlərin optimallaşdırılması baxımından da vacib hesab olunur".