İqtisadiyyat üzrə 2026-cı il Nobel mükafatının qalibləri müəyyənləşib.
İsveç Kral Elmlər Akademiyasının qərarına əsasən, amerikalı iqtisadçılar Robert Hall və Maykl Vudford bu mötəbər mükafata layiq görülüblər. Alimlər makroiqtisadi sabitləşmənin mikroiqtisadi əsaslarının araşdırılması sahəsindəki mühüm elmi töhfələrinə görə təltif olunublar.
Stenford Universitetinin professoru Robert Hall məşğulluq, istehlak davranışı və iqtisadi tənəzzüllər üzrə tədqiqatları ilə tanınır. Kolumbiya Universitetinin professoru Maykl Vudford isə pul siyasəti, inflyasiyanın tənzimlənməsi və Yeni Keynsçi makroiqtisadi modellərin inkişafındakı xidmətlərinə görə seçilir.
Yəni iki amerikalı alim iqtisadi sabitliyin təmin edilməsi və pul siyasətinin elmi əsaslarının işlənməsindəki xidmətlərinə görə dünya iqtisadiyyatının ən ali mükafatını alıblar.


