Azərbaycanda rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manet oktyabrın 12-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
Demokrat.az AZƏRTAC-a istinadla xəbər verir ki, Kambocanın Baş naziri Ulu Öndərin məzarı önünə əklil qoyub.
Baş nazir Hun Manet, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edib, məzarı üzərinə tər güllər düzüb.
Hun Manet Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət etdi — FOTOLAR


