Ermənistan Prezidenti Arçvik Qriqoryanın Xüsusi Ordu Korpusu komandirinin müavini vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb.
Demokrat.az xəbər verir ki, baş nazir Nikol Paşinyanın təkilfinə əsasən, həmçinin Konstitusiyanın 133-cü maddəsinin 1-ci hissəsinə və 'Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında' Qanunun 40-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq, Artsvik Qriqoryan Xüsusi Ordu Korpusu komandirinin müavini vəzifəsindən azad edilir".
Qriqoryan bu vəzifəyə 2025-ci il oktyabrın 22-də təyin edilmişdi.
Ekspertlərin fikrincə, istefa Zəngəzurun Şəki kəndində baş vermiş bir hadisə ilə bağlıdır.
Xatırladırıq ki, həmin hadisə zamanı Azərbaycan hərbi qulluqçusu yolunu azaraq Zəngəzurun Şəki kəndinə gəlib çıxmışdı. Hazırda azərbaycanlı hərbçi İrəvanda saxlanılır.


