İdman

"Trabzonspor"dan ayrılacaq ilk futbolçu müəyyənləşdi

Trabzonspordan ayrılacaq ilk futbolçu müəyyənləşdi

Türkiyənin "Trabzonspor" klubu qış transfer pəncərəsi üçün hazırlıqlara başlayıb. Heyətində dəyişiklik etməyi planlaşdıran komandanın yollarını ayırmaq istədiyi ilk futbolçunun adı bəlli olub.

Demokrat.az xəbər verir ki, "Fanatik" nəşrinin məlumatına görə, Trabzon təmsilçisindən ayrılmağa ən yaxın namizəd hücumçu Umut Nayirdir.

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə zamanı zədələnən 33 yaşlı futbolçunun ən azı 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Onun qış transfer pəncərəsində komandanı tərk etmək ehtimalı yüksək qiymətləndirilir.

"Trabzonspor"da hücumçu mövqeyində rəqabət də kifayət qədər güclüdür. Paul Onuaçu və Frankulino Dju komandanın hücum xəttində əsas seçimlər hesab olunur. Bundan başqa, "Bodrum FK"dan Ali Habeşoğlunun heyətə cəlb edilməsi də Umut Nayirin gələcəyini sual altına salıb.

Hazırda dörd mərkəz hücumçusu olan Türkiyə klubu qış transfer dövründə heyətdə dəyişiklik etməyi planlaşdırır. Umut Nayirin "Trabzonspor"la müqaviləsi isə 2027-ci ilin yayında başa çatır.

Jalə