"Ankara məktəbi" məktəb-liseyinə yeni direktor təyin edilib.
Demokrat.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədri Eşqi Bağırov müvafiq təyinatla bağlı əmr imzalayıb.
Əmrə əsasən Tural Taqiyev "Ankara məktəbi" məktəb-liseyinin direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Tural Taqiyev daha əvvəl 214 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.



