Türkiyəli müğənni Özcan Denizin həyat yoldaşı Samar Dadgar ağır itki ilə üzləşib. Onun üç yaşlı qardaşı oğlu Liam vəfat edib.
Demokrat.az xəbər verir ki, iranlı modelyer Samar Dadgar acı xəbəri sosial media hesabında paylaşıb. O, Liamın bu gün səhərə yaxın dünyasını dəyişdiyini bildirib.
Dadgar paylaşımında onunla maraqlanan, zəng edərək başsağlığı verən və dərdinə şərik olan hər kəsə təşəkkür edib. Bununla yanaşı, hazırda heç kimlə danışa biləcək vəziyyətdə olmadığını qeyd edib.
Liamın ölüm səbəbi ilə bağlı hələlik hər hansı məlumat açıqlanmayıb.
Xatırladaq ki, Samar Dadgar və Özcan Deniz 2023-cü ilin yanvarında sadə mərasimlə ailə qurublar. Cütlük arasında 22 yaş fərq var.

Jalə


