İdman

Məşqçi lisenziyaları ilə bağlı qalmaqal: Ulduz futbolçuların da adı çəkilir

Məşqçi lisenziyaları ilə bağlı qalmaqal: Ulduz futbolçuların da adı çəkilir

Braziliyada bəzi keçmiş futbolçuların üçillik təhsil tələb edən məşqçilik lisenziyalarını cəmi 10 günə və pul qarşılığında əldə etdikləri iddia olunur. Araşdırmada bir sıra tanınmış futbolçuların adları hallanır.

Demokrat.az xəbər verir ki, Türkiyənin "Hürriyet" nəşrinin məlumatına görə, Braziliyanın aparıcı media qurumlarından olan UOL-un iki il davam edən araşdırmasında maraqlı faktlar üzə çıxıb.

İddiaya əsasən, vaxtilə "Flamenqo" və "Palmeyras" klublarında çıxış etmiş argentinalı sabiq futbolçu Alexandro Mankuso PRO, A, B və C kateqoriyaları üzrə məşqçilik lisenziyalarını təxminən 18 min avro ödəyərək cəmi 10 gün ərzində əldə edib. Halbuki bu sənədlərin normal qaydada alınması üçün üçillik təhsil tələb olunur.

Araşdırmada bu yolla məşqçilik lisenziyası əldə etdiyi iddia edilən şəxslər arasında futbol ictimaiyyətinə yaxşı tanış olan Aleks de Souza, Felipe Melo, Dieqo Luqano, Roberto Karlos və Luiz Qustavonun da adları çəkilir.

Məlumatda sözügedən şəxslərin lisenziyaları hansı şəraitdə əldə etmələri ilə bağlı iddialar yer alsa da, onların hər birinin bu prosesdə iştirakının detalları açıqlanmayıb.

Jalə