Müğənni Samir Bağırov şou-biznesin ən gözəl xanımının seçilməsi ilə bağlı sorğuda iştirak etməkdən imtina edib.
Demokrat.az Milli.Az-a istinadən xəbər verir ki, xəbər verir ki, ekstravaqant sənətçi "Sevilən səhər" verilişində bu məsələdə seçimini artıq etdiyini bildirib.
Samir Bağırovun sözlərinə görə, onun seçimi Xalq artisti Aygün Kazımovadır:
"Aygün Kazımova. Mənim seçimim Aygün Kazımovadır. Bu belə də qalacaq. Yəqin ki, hər kəs bu fikirlə razılaşar".


