ABŞ Prezidenti Donald Tramp atdığı addımlarla dünyanın tamamilə məhv edilməsinin qarşısını almış ola biləcəyini bildirib.
Demokrat.az xəbər verir ki, Tramp bunu jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Ola bilsin, mən dünyanın tamamilə məhv edilməsinin qarşısını almışam", – ABŞ Prezidenti bildirib.
Tramp açıqlamasının hansı konkret hadisə və ya addımlarla bağlı olduğuna dair əlavə təfərrüat verməyib.
Bundan bir qədər əvvəl ABŞ Prezidenti Ukraynadakı müharibənin başa çatdırılması istiqamətində fəaliyyətini davam etdirdiyini bildirib. Onun sözlərinə görə, hələlik nizamlanmaya nail olunmasa da, yaxın zamanda döyüşlərin dayandırılacağına ümid edir.


