Sosial

Sumqayıtda məktəb direktoru 48 yaşında vəfat etdi - FOTO

Sumqayıtda məktəb direktoru 48 yaşında vəfat etdi - FOTO

Sumqayıtda təhsil ictimaiyyətinə ağır itki üz verib.

Demokrat.az xəbər verir ki, Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin direktoru Fatma Bayramova uzun sürən xəstəlikdən sonra vəfat edib.

1978-ci il təvəllüdlü Fatma Bayramova yaşadığı evdə dünyasını dəyişib.

Onun vəfatı çalışdığı kollektiv, şagirdləri, valideynlər və onu tanıyan hər kəs üçün ağır xəbər olub.

Qeyd edək ki, Fatma Bayramova da ömrünün mühüm bir hissəsini bu məsuliyyətli işə həsr edib. İndi onun rəhbərlik etdiyi məktəbin dəhlizlərində səsi eşidilməyəcək. Müəllimlər, şagirdlər və həmkarları onun yoxluğunu hiss edəcəklər. (Denmedia.az)

Sumqayıtda məktəb direktoru 48 yaşında vəfat etdi - FOTO

NE
Nihadə Eyyubova