Maraqlı

Oktyabrda üç bürcün bəxti dəyişir: Çətinliklər geridə qalacaq

Oktyabrda üç bürcün bəxti dəyişir: Çətinliklər geridə qalacaq

Oktyabrın ilk günlərindən etibarən üç bürcün nümayəndələri uzun müddətdir onları narahat edən məsələlərə fərqli baxmağa başlayacaq. Astroloqlara görə, bu dövrdə onların qarşısında yeni imkanlar yarana bilər.

Demokrat.az "YourTango" saytına istinadən xəbər verir ki, 1 oktyabrdan etibarən Xərçəng, Tərəzi və Dolça bürcləri üçün daha ümidverici dövr başlayır. Bu bürclərin nümayəndələri əvvəl həllini mümkünsüz hesab etdikləri bəzi məsələlərdə çıxış yolu görə bilərlər.

Xərçəng

Xərçənglər üçün 1 oktyabr uzun müddətdir davam edən problemin həllinə yeni baxış gətirə bilər. Onlar vəziyyəti fərqli tərəfdən qiymətləndirərək əvvəllər diqqətdən qaçan imkanları görə bilərlər. Bu isə öz güclərinə inamı artıracaq və qarşıdakı günlərə daha nikbin baxmağa kömək edəcək.

Tərəzi

Tərəzilər hadisələrə daha geniş prizmadan yanaşmağa başlayacaqlar. Onlar həm müsbət, həm də çətin məqamları nəzərə alaraq daha düzgün qərar verməyə çalışacaqlar. Seçdikləri yol gələcəyə dair narahatlıqların azalmasına və yeni ümidlərin yaranmasına səbəb ola bilər.

Dolça

Dolçalar üçün isə oktyabrın ilk günü çoxdan təxirə saldıqları qərarı vermək baxımından önəmli ola bilər. Onlar məsuliyyəti öz üzərlərinə götürərək başladığı işi sona çatdırmaq üçün addım ata bilərlər. Bu qərardan sonra özlərini daha azad hiss etmələri və imkanlarının düşündüklərindən daha geniş olduğunu anlamaları gözlənilir.

Jalə