Sosial

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Oktyabrın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə və mülki işə qəbulla bağlı test imtahanı keçirilib.

DİM-dən Demokrat.az-a bildirilib ki, imtahanda 137 nəfər iştirak edib. Nəticələrə əsasən, 21 nəfər tələb olunan şərtləri ödəyərək uğur qazanıb. Onlardan 4-ü həqiqi hərbi xidmətə, 17-si isə mülki işə qəbul üzrə imtahanda uğur əldə edib.

Namizədlər imtahanı başa çatdırdıqda və ya ayrılmış vaxt tamam olduqda nəticələri ilə tanış olmaq imkanı əldə ediblər. İmtahan nəticələri DİM-in internet saytında da yerləşdiriləcək.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası oktyabrın 5-i, 6-sı və 7-də saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında fəaliyyət göstərəcək.

NE
Nihadə Eyyubova