Müğənni Ayaz Babayevlə bloqer Mehin Məclislərdən birində səmimi görüntüləri ilə diqqət çəkiblər.
Məclis zamanı ikilinin birlikdə romantik rəqs etdiyi anlar bloqer Əfruzə tərəfindən lentə alınıb. Sözügedən görüntülər daha sonra sosial şəbəkədə paylaşılıb.
Əfruzə paylaşımında Ayaz Babayev və Mehinə onların evlənməli olduğuna işarə verib.
Görüntülər sosial şəbəkə istifadəçiləri arasında maraq doğurub. İkilinin səmimi rəqsi onların münasibəti ilə bağlı müxtəlif şərhlərin yazılmasına və müzakirələrin yaranmasına səbəb olub.


