Şou-biznes

Tuba Ünsal uşaqları ilə Parisə köçdü: "Məncə, məni sevdi"

Tuba Ünsal uşaqları ilə Parisə köçdü: Məncə, məni sevdi

Türkiyəli aktrisa Tuba Ünsal uşaqları ilə birlikdə Parisə köçüb.

Demokrat.az xəbər verir ki, aktrisa bu qərarı qızı Sarenin Fransada təhsil alması ilə əlaqədar verib. Sare Parisdəki "Lycee Moliere" məktəbinə qəbul olunub və burada teatr təhsili alacaq.

Ünsal oğlu Civan Merti də özü ilə Parisə aparıb. Aktrisa qızının məktəbdə ilk günündə yaşadığı həyəcanlı anları da sosial şəbəkədə bölüşüb.

Onun sözlərinə görə, Sare məktəbin qapısında "Qaçaq, ana, məni buraxma" deyərək əlindən tutub. Daha sonra birlikdə sinfə daxil olublar. Sare özünü fransız dilində təqdim etdikdən sonra Ünsal göz yaşlarını saxlaya bilməyib.

İndi isə aktrisa Parisdəki yeni həyatından görüntülər paylaşaraq şəhərlə bağlı ilk təəssüratını yazıb: "Paris, məncə, Beyzanın dediyi kimi, insanı ya sevir, ya da uzaqlaşdırır. Məncə, məni sevdi".

Jalə