Müğənni Lətifə mahnısının aranjimanını icazəsiz götürən həmkarına xəbərdarlıq edib.
Demokrat.az xəbər verir ki, sənətçi ad çəkmədən bir müğənninin onun mahnısının aranjimanından istifadə etməsini pisləyib.
Lətifə qeyd edib ki, aranjiman üçün böyük əmək sərf olunur və buna görə də ən azı icazə alınmalıdır:
"Mahınlarımı götürüb aranjiman edəndə heç olmasa icazə alın. Həddindən artıq çox əmək var. Aranjiman Türkiyədə olub. Amma icazə almaq lazımdır. Paxıl biri deyiləm. Nəyisə istəyirsinizsə, oğurlamaq lazım deyil. Sadəcə soruşun ki, "Lətifə, olar sənin aranjimanında oxuyum?". Bu da bir mədəniyyətdir. Buna böyük məbləğ xərclənib".


