Məşhur türkiyəli aktrisa Hazal Kaya bu dəfə aktyorluğu ilə deyil, görünüşündəki dəyişikliklə gündəmə gəlib.
Demokrat.az xəbər verir ki, Türkiyə mediasında yayılan xəbərlərə görə, sosial şəbəkələrdə paylaşılan son görüntülərində aktrisanın üz cizgilərində dəyişiklik diqqət çəkib. Xüsusilə yanaq sümükləri, göz ətrafı və burun nahiyəsindəki fərqlər izləyicilərin müzakirəsinə səbəb olub.
Bəzi sosial media istifadəçiləri Hazal Kayanın estetik müdaxilələr etdirdiyini iddia ediblər. Paylaşımların altında "Tanıya bilmədik", "Üzünə nəsə etdirib?" kimi şərhlər yazılıb.
Bununla yanaşı, bəzi izləyicilər üzündəki fərqin estetik prosedurlardan deyil, makiyaj və foto çəkilişinin yaratdığı görüntüdən qaynaqlandığını bildiriblər.
Hazal Kayanın yanaq sümükləri, göz altı və burun nahiyəsində estetik prosedurlar etdirdiyi ilə bağlı iddialar isə hələlik təsdiqlənməyib. Aktrisa məsələ ilə bağlı hər hansı açıqlama verməyib.
Karyerasına uşaq yaşlarında başlayan Hazal Kaya Türkiyənin tanınmış aktrisalarından biridir. O, müxtəlif televiziya seriallarında canlandırdığı rollarla geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.
Jalə


