Maraqlı

Oktyabrda eşq həyatında dəyişiklik yaşayacaq 3 bürc

Oktyabrda eşq həyatında dəyişiklik yaşayacaq 3 bürc

Oktyabr ayında bəzi bürclərin sevgi həyatında hərəkətlilik artacaq.

Demokrat.az xəbər verir ki, astroloji yozumlara görə, Veneranın oktyabrın 3-də retro hərəkətə başlamasına baxmayaraq, Qoç, Əkizlər və Xərçəng bürcləri üçün romantik münasibətlər baxımından maraqlı dövr olacaq.

Qoç

Qoçlar üçün oktyabr sevgi və münasibətlər baxımından diqqətçəkən ay olacaq. Oktyabrın 10-da Tərəzi bürcündə baş verəcək Yeni Ayın münasibətlər sahəsinə təsir göstərəcəyi bildirilir.

Uzun müddətdir subay olan Qoçların onları tamamlayan və balans yaradan biri ilə tanış ola biləcəyi iddia edilir. Şirdə hərəkət edən Mars isə romantik münasibətlərdə cəsarəti artıracaq.

Ayın ilk yarısı xoşlanan şəxsə ilk addımı atmaq, görüş təklif etmək və hissləri açıq şəkildə ifadə etmək üçün əlverişli dövr kimi şərh olunur. Bununla belə, Venera retrosu zamanı yeni tanışlıqlara tələsməmək və qarşı tərəfi daha yaxşı tanımaq tövsiyə edilir.

Əkizlər

Əkizlər üçün oktyabr yeni tanışlıqlar və flört baxımından aktiv keçə bilər. Tərəzi Yeni Ayının eşq və romantika sahəsində baş verməsi onların sosial həyatını canlandıra bilər.

Astroloji yozumlara görə, dostlarla adi görüş, dəvət və ya konsert kimi tədbirlər gözlənilməz tanışlığa çevrilə bilər. Oktyabrın ortalarında Günəşlə Yupiter arasındakı uyğun aspektin Əkizlərin sosial cazibəsini artıracağı bildirilir.

Şirdəki Marsın ünsiyyət sahəsində yerləşməsi mesajlaşmaların və yeni söhbətlərin intensivləşməsi ilə əlaqələndirilir. Lakin ayın sonlarında Merkuri retrosu başlayacağından münasibətlərdə yanlış anlaşılmalara qarşı diqqətli olmaq məsləhət görülür.

Xərçəng

Xərçənglər üçün oktyabrda keçmişdən gələn münasibət mövzuları yenidən gündəmə gələ bilər. Veneranın retro hərəkətinin sevgi və romantika sahəsində baş verməsi yarımçıq qalmış münasibətin və ya keçmişdə önəm verilən bir insanın yenidən ortaya çıxması ilə əlaqələndirilir.

Astroloji şərhlərə görə, zamanın hər iki tərəfi dəyişdirməsi keçmişdə yaşanan problemlərə daha yetkin yanaşmağa və münasibətə yeni başlanğıc verməyə imkan yarada bilər.

Oktyabrın 26-da Buğa bürcündəki Dolunay isə Xərçənglərin dostluq çevrəsinə diqqəti artıracaq. Yaxın dost vasitəsilə yeni biri ilə tanış olmaq və ya dostlar arasında olan bir insanı fərqli gözlə görməyə başlamaq da mümkün ssenarilərdən biri kimi göstərilir.

Jalə