Şou-biznes

Pünhanın illər əvvəlki halı: Müğənninin arxiv videosu yayıldı

Pünhanın illər əvvəlki halı: Müğənninin arxiv videosu yayıldı

Pünhan Piriyevin hərbi xidmətdə olduğu dövrə aid arxiv görüntüləri üzə çıxıb.

Demokrat.az xəbər verir ki, öz "YouTube" səhifəsində paylaşılan kadrlarda ifaçının hərbi hissədə keçirilən bayram tədbirinə dəvət olunduğu görünür.

Azərinin ifasında səslənən "Sarı gəlin" mahnısına qoşulan Pünhan Piriyev əsgərlərin qarşısında Azərbaycan xalq mahnısını ifa edib.

Çıxışının sonunda isə ifaçı göstərdiyi fəallığa görə mükafatlandırılıb.

Xatırladaq ki, Pünhan Piriyev son günlər dəbdəbəli toy kadrları ilə gündəmdədir.("Yeni Sabah")