Mədəniyyət

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub - FOTOLAR

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub - FOTOLAR

Mədəniyyət naziri Adil Kərimli ilə Xorvatiyanın iqtisadiyyat naziri Ante Şuşnyar arasında ikitərəfli görüşdə iki ölkənin əlaqələri müzakirə olunub.

Bu barədə Demokrat.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyada səfərdədir.

Səfərin məqsədi Azərbaycan ilə Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclasında iştirak etməkdir.

Xorvatiyalı nazir iki ölkə arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirib. Deyib ki, Xorvatiya-Azərbaycan əlaqələri çoxşaxəlidir və son illərdə dinamik şəkildə inkişaf edir.

Adil Kərimli Azərbaycan və Xorvatiya arasında Hökumətlərarası Birgə Komissiyanın 4-cü iclasının yüksək səviyyədə təşkilinə və nümayəndə heyətinə göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Diqqətə çatdırıb ki, Azərbaycan və Xorvatiya arasında münasibətlər möhkəm dostluq əlaqələri, qarşılıqlı hörmət və ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə dair ortaq maraq əsasında inkişaf edir.

Adil Kərimli Birgə Komissiyanın 2024-cü ildə Bakıda keçirilən 3-cü iclasında müxtəlif istiqamətlər üzrə qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı işlərin həyata keçirildiyini və bu istiqamətdə fəaliyyətin davam etdirildiyini bildirib.

Söhbət zamanı Azərbaycan-Xorvatiya əməkdaşlığının müxtəlif sahələr üzrə geniş perspektivlərə malik olduğu vurğulanıb.

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub - FOTOLAR

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub - FOTOLAR

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub - FOTOLAR