Bakıda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Zərdab rayon sakini, 1996-cı il təvəllüdlü Abdulla yaşadıqları evin yataq otağında qeyri-rəsmi münasibətdə olduğu Təranə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə nəticəsində 30 yaşlı kişi münasibətdə olduğu qadının üz nahiyəsinə qəsdən əli ilə bir dəfə vurub və sinəsindən itələyərək ona xəsarət yetirib.
Abdullanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Abdulla ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və xəsarət yetirdiyi qadınla barışıb.
Zərərçəkmiş Təranə də təqsirləndirilən şəxslə barışıq əldə etdiyini təsdiqləyib. O, təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını deyib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan cinayət təqibinə xitam verilib.
Fariz Məlikli


