20 yanvardan Xırdalan və Masazır istiqamətində gedən taksilərin fəaliyyəti bərpa olunub.
Demokrat.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu gün axşamdan etibarən onlara dayanacaqda maşını saxlayıb adam götürməyə şərait yaradılıb.
Sürücülərin bildirdiyinə görə, sabahdan etibarən isə artıq metronun üstündə də maşınları saxlamağa icazə veriləcək.


