Müğənni Kərim Abasov bəzi insanların savadlı və düzgün danışan şəxsləri qəbul etmədiyini deyərək sərt fikirlər səsləndirib.
Demokrat.az xəbər verir ki, sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb.
"İnsanlarımızın çoxu savadlı kadrları sevmir. Düzgün formada ağıllı danışanları sevmirlər. Deyir ki, "Sən də dəli ol, məndən bir ol". Xeyir ola? Bizim ağlımızda olan insanlar çoxdur. Biz danışanda öz təbəqimizdə, ağlımızda düşünənlər üçün nəyisə deyirik. "Aşağıdakılar" nə düşünür, mənə maraqlı deyil. "Aşağı" üçün də elə aşağı səviyyəli müğənnilər var. Biz onlardan deyilik" deyə, Kərim bildirib.


