Şou-biznes

Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testi ilə bağlı nəticələr açıqlandı

Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testi ilə bağlı nəticələr açıqlandı
Türkiyədə məşhur şəxslərlə bağlı aparılan narkotik istintaqında yeni məlumatlar ortaya çıxıb. Aktrisa Afra Saraçoğlu və aktyor Aras Bulut İynemlinin test nəticələri məlum olub.

Demokrat.az xəbər verir ki, Afra Saraçoğlunun saç nümunəsində kokain aşkarlanıb. Aras Bulut İynemlinin saç, qan və sidik nümunələri üzrə test nəticəsinin isə mənfi olduğu bildirilib.

Digər şəxslərin də analiz nəticələri məlum olub

İstintaq çərçivəsində futbolçu Hasan Şaş və jurnalist Yağız Sabuncuoğlunun test nəticələri də açıqlanıb.

Yayılan məlumatlara əsasən, Hasan Şaşın qan və sidik nümunələrində kokain, saç nümunəsində isə kokain və kodein aşkarlanıb. Yağız Sabuncuoğlunun test nəticəsinin isə mənfi olduğu bildirilib.

NE
Nihadə Eyyubova