Maraqlı

Pul tapan kimi dəyişən 4 bürc: Hərəsi tamamilə başqa birinə çevrilir

Pul tapan kimi dəyişən 4 bürc: Hərəsi tamamilə başqa birinə çevrilir

Pul insanın həyatında çox şeyi dəyişə bilər. Bəzi insanlar maddi imkanları artsa belə əvvəlki həyat tərzlərini qoruyurlar. Bəzilərində isə vəziyyət tam əksinə olur. Astroloji yanaşmaya görə, müəyyən bürclər əllərinə böyük məbləğdə pul keçdikdə xərcləmə vərdişlərini və həyat tərzlərini ciddi şəkildə dəyişə bilirlər.

Maaş yatan kimi alış-verişə başlayan, bonus alan kimi səyahət planlayan və ya evinin dekorasiyasını bir anda yeniləməyə qərar verən insanlar az deyil.

Astrologiyaya görə, xüsusilə Buğa, Şir, Tərəzi və Oxatan bürcləri maddi imkanları artdıqda fərqli davranışları ilə seçilir.

Buğa - rahatlıq və komfort ön planda

Buğa bürcü pulu az olanda belə rahat yaşamağın yollarını bilir. Lakin alış-veriş zamanı qənaət etməyə, endirimləri gözləməyə və ehtiyaclarını diqqətlə planlamağa üstünlük verir.

Maddi vəziyyəti yaxşılaşdıqda isə vəziyyət dəyişir. Buğa ilk növbədə evinin rahatlığına yatırım etməyə başlayır. Keyfiyyətli yataq dəstləri, rahat mebellər, dekorativ əşyalar və bahalı restoranlar onun diqqətini çəkir.

Buğa üçün var-dövlət daha çox nümayiş deyil, komfort və keyfiyyətli həyat deməkdir. Bununla belə, pul xərcləsə də, yığım etməyi tamamilə dayandırmır.

Şir - dəbdəbə və səxavət artır

Şir bürcü diqqət mərkəzində olmağı sevməsi ilə tanınır. Maddi imkanları artdıqda isə bu xüsusiyyət daha qabarıq görünə bilər.

Yeni geyimlər, bahalı aksesuarlar, saatlar və avtomobillər Şirin maraq dairəsinə daxil olur. Ad günü və digər xüsusi günlər isə sadə görüşdən böyük tədbirə çevrilə bilər.

Lakin Şirin xərcləri yalnız özü ilə məhdudlaşmır. Sevdiklərinə hədiyyələr almaq, dostlarını səyahətə aparmaq və yaxınlarını sevindirmək də onun üçün önəmli ola bilər.

Tərəzi - pulunu gözəlliyə xərcləyir

Tərəzi bürcü estetikaya və gözəl əşyalara olan marağı ilə seçilir. Maddi imkanları məhdud olduqda bəyəndiyi məhsullara sadəcə baxmaqla kifayətlənə bilər. Lakin pul artdıqda vəziyyət dəyişir.

Yeni ətirlər, çantalar, geyimlər, dekorativ əşyalar və sənət əsərləri Tərəzinin alış-veriş siyahısına daxil ola bilər.

Ev dekorasiyası da onun üçün xüsusi əhəmiyyət daşıyır. İşıqlandırmadan mebelə, masadakı güllərdən divardakı tabloya qədər hər detalın bir-biri ilə uyğun olmasını istəyir.

Bəzən isə seçim etməkdə çətinlik çəkə bilər. İki məhsul arasında qərarsız qaldıqda hər ikisini almaq da onun üçün mümkün ssenarilərdən biridir.

Oxatan - pulu səyahətə xərcləyir

Oxatan bürcü üçün böyük məbləğdə pul qazanmaq yeni macəraların başlanğıcı demək ola bilər.

Digər insanlar pulla ev, avtomobil və ya əmlak almağı düşünərkən Oxatan səyahət planları qurmağa üstünlük verə bilər. Yeni ölkələr görmək, fərqli mədəniyyətlərlə tanış olmaq və unudulmaz təcrübələr yaşamaq onun üçün daha cəlbedicidir.

Lissabon, Bali və ya əvvəllər adını belə eşitmədiyi kiçik bir dağ kəndi - Oxatan üçün əsas məsələ yeni yerlər kəşf etməkdir.

Onun üçün zənginlik bəzən bank hesabındakı məbləğdən çox, gördüyü ölkələrin və topladığı xatirələrin sayı ilə ölçülür.

NE
Nihadə Eyyubova