Aparıcı Mehman Rəsulov efirdə futbolçularla bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Demokrat.az xəbər verir ki, o, aparıcısı olduğu "Xəbər ertəsi" proqramında futbolçuların çıxışını tənqid edərək sərt ifadələr işlədib.
Mehman Rəsulov bildirib ki, özünü peşəkar futbolçu hesab edən şəxslər göstərdikləri oyundan sonra bu peşəyə davam edib-etməmək barədə düşünməlidirlər.
"Utanıb elə yer tapmaq lazımdır ki, orada bizi görməsinlər. Futbolçu olan kəs bu gecə gedib qərar verməli idi ki, yaxşı dırnaq ustası, qəssab, saç ustası olacağam", - deyə aparıcı bildirib.
Mehman Rəsulov daha sonra "peşəkar futbolçuyam" ifadəsinin işlədilməsinə etiraz edib və bu şəxslərin peşəkar futbolçu olmadığını söyləyib:
"Peşəkar futbolçuyam deməyin bundan sonra. Bu adamlar futbolçu deyillər. Buradan gələn çörəyi yeyə bilməz axı. Buraxın bu işin başını. Lixtenşteynin məşqçisi deyir ki, biz peşəkar komanda deyilik".


