Putin müharibənin bütün qaydalarından imtina edib, hərbi komandanlığa döyüş əməliyyatları qaydalarına məhəl qoymamağı tapşırıb və Ukraynaya qarşı zərbələrlə bağlı bütün məhdudiyyətləri ləğv edib.
Demokrat.az xəbər verir ki, Vladimir Zelenski bu barədə Ukrayna kəşfiyyat xidmətlərinin əldə etdiyi məlumatlara istinadən "Financial Times"a verdiyi açıqlamasında bildirib.
Zelenski Kreml rəsmiləri arasında keçirilən danışıqları da ehtiva edən kəşfiyyat məlumatlarına istinad edərək, "O (Putin - red.), Ukraynaya qarşı zərbələrdə artıq heç bir qaydanın qalmadığı əmrini verib", – deyə vurğulayıb.
Zelenskinin sözlərinə görə, Putin bu əmri Rusiya Kiyevə qarşı hava zərbələrini intensivləşdirməyə və məktəbləri, xəstəxanaları, həmçinin məlumat mərkəzlərini hədəf almağa başladığı sentyabr ayında verib.
Ukrayna prezidenti qeyd edib ki, məktəbə endirilən zərbə belə hədəflərin nə dərəcədə geniş şəkildə seçildiyini açıq şəkildə nümayiş etdirir.
Alparslan


