Dünya

Türkiyənin məşhur brendi İsrail bazarında

Türkiyənin məşhur brendi İsrail bazarında

Türkiyənin məişət texnikası brendi hesab olunan "Beko" İsrail bazarında fəaliyyətə başlayıb.

Demokrat.az xəbər verir ki, "Beko"nun İsrail bazarındakı fəaliyyətini "Miniline" şirkəti həyata keçirir.

Şirkətin öz internet səhifəsində "Beko" məhsulları ilə bağlı məlumatlar yer alır və "Miniline" İsraildə məişət texnikası brendlərinin rəsmi idxalçısı kimi təqdim olunur.

Hazırda "Miniline"nin internet resurslarında "Beko" məhsulları, onların zəmanəti və servis xidmətləri ilə bağlı məlumatlar yer alır.

Ayrı-ayrı İsrail satış platformalarında da "Beko" məhsullarının "Miniline" tərəfindən rəsmi idxal edildiyi və zəmanət xidmətinin şirkət tərəfindən göstərildiyi qeyd olunur.

Diqqət çəkən məqamlardan biri isə şirkətin əsas internet səhifəsinin ivrit dilində fəaliyyət göstərməsidir. Saytda şirkətin məhsulları, xidmətləri, mağazaları və müştəri xidməti barədə məlumatlar əsasən ivrit dilində təqdim olunur.

Xatırladaq ki, "Miniline" 2025-ci ildə "Beko"nun İsraildəki fəaliyyətini əldə edib. "Beko Israel" şirkətinin 2024-cü ilin sonunadək "Arçelik" qrupunun tam mülkiyyətində olduğu, səhmlərinin isə 24 fevral 2025-ci ildə satıldığı barədə məlumatlar mövcuddur.

İsrail mətbuatında bu fəaliyyətin "Miniline-Samline" tərəfindən əldə edildiyi qeyd olunur.

Onu da bildirək ki, Türkiyədə bəzi dairələr İsraillə ticarət əlaqələrinin davam etdirilməsi faktını inkar edirlər. Ancaq bu kimi mövcud faktlar və ticarət əlaqələrinə dair təkzibolunmaz məlumatlar məsələnin doğruluğunu bir daha sübut edir.

B
Qeyd edilməyib