Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsində pilotlar arasında baş verən insident dünya mediasının 1 nömrəli mövzusuna çevrilib.
Demokrat.az xəbər verir ki, "Flydubai"nin FZ1073 reysində uçuş zamanı iki pilot arasında fiziki qarşıdurma baş verib.
İnsidentdən sonra təyyarə əvvəlcə 7700, bir neçə dəqiqə sonra isə 7500 kodu göndərib. 7500 aviasiyada mümkün qaçırılma və ya qanunsuz müdaxilə siqnalıdır. Təyyarə marşrutunu dəyişərək Səudiyyə Ərəbistanının Tabuk şəhərinə endikdən sonra isə hadisənin qaçırılma olmadığı üzə çıxıb.
İlkin məlumatlara görə, dava pilot kabinəsində başlayıb. Bəzi mənbələr qarşıdurma zamanı pilotlardan birinin xəsarət aldığını, hətta huşunu itirdiyini iddia edir. Digər versiyada isə pilotlardan birinin digərinə iti əşya ilə xəsarət yetirdiyi bildirili.
Hadisə zamanı təyyarənin hündürlüyü kəskin şəkildə azalıb ki, bu da sərnişinlər arasında ciddi təşviş yaradıb.
Diqqət çəkən məqam isə pilotlardan birinin Rusiya, digərinin isə Ukrayna vətəndaşı olmasıdır. Bu səbəbdən mübahisənin Rusiya-Ukrayna müharibəsi ilə bağlı olduğu güman edilir. Hətta davanın siyasi söhbətdən başladığı, qarşıdurmaya isə rus pilotuun Ukrayna Prezidenti Vladimir Zelenski ilə bağlı işlətdiyi ifadənin səbəb olduğu deyilir.
Amma bu ehtimal hələlik rəsmən təqsdiqlənməyib. (Savashmedia.az)


