Tehran metrosunda erməni əsgərlərin portretlərindən ibarət sərgi keçirilib.
Demokrat.az məlumat verir ki, bu barədə İran mətbuatı xəbər yayıb.
Məlumata görə, Tehranın "Müqəddəs Məryəm" ("Məryəm-e Müqəddəs") metro stansiyasında İran-İraq müharibəsi (1980–1988) zamanı həyatını itirmiş erməni hərbi qulluqçuların portretlərinin nümayiş olunduğu sərgi təşkil edilib.




Sərgi, müharibədə xidmət etmiş və cəbhədə həlak olmuş İran erməni icmasının üzvlərinin xatirəsinə həsr olunub.
İranda İran-İraq müharibəsi zamanı həlak olmuş xristian hərbi qulluqçuların ailələrini hər il ziyarət etmək ənənəsi mövcuddur. Milad bayramı ərəfəsində yüksək vəzifəli dövlət rəsmiləri, o cümlədən ölkənin Ali Rəhbəri də bu cür ziyarətlər həyata keçirirlər.
Xatırladırıq ki, "Müqəddəs Məryəm" metro stansiyası İranın erməni icmasının şərəfinə adlandırılıb və daşnakların Tehrandakı rəmzinə çevrilib.
Alparslan


