Türkiyə və Azərbaycan Bakıda keçirilən ADEX 2026 sərgisində dəyəri 500 milyon dollardan çox olan müdafiə müqavilələri imzalayıblar.
Demokrat.az xəbər verir ki, dərc olunmuş məlumata əsasən, sazişlər 14 ədəd HÜRKUŞ-II təlim-məşq təyyarəsinin alınmasını nəzərdə tutur. İlkin tədarüklərin elə bu il həyata keçirilməsi gözlənilir.
Sazişlər aşağıdakıları əhatə edir:
ASELSAN – ALP-100 radar stansiyası (anlaşma memorandumu);
BAYKAR – MIZRAK pilotsuz döyüş modullarının təchizatı;
BAYKAR – "Antidot" sisteminin təchizatı;
ROKETSAN – BARBAROS sahil müdafiə sisteminin təchizatı. (Report.az)


