Region

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTOLAR

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTOLAR

Tbilisidə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstünün zədələnməsi faktı ilə bağlı Ermənistan vətəndaşı həbs edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə sentyabrın 21-də baş verib. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsi (özgə əmlakının mühüm zərər vurmaqla qəsdən zədələnməsi və ya məhv edilməsi) üzrə araşdırma aparılır.

Saxlanılan şəxsin Ermənistan vətəndaşı olduğu onun vəkili tərəfindən təsdiqlənib.

Sözügedən şəxs Tbilisiyə turist kimi gəlib. Məhkəmə tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisənin hansı vasitə ilə törədildiyi və motivi hələlik açıqlanmayıb.

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTOLAR

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTOLAR

B
Qeyd edilməyib