Cəmiyyət

Dövlət qulluğuna hazırlaşanlar üçün yeni qayda — Açıqlama

Dövlət qulluğuna hazırlaşanlar üçün yeni qayda — Açıqlama

"Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 5 ildən 2 ilə endirilir. Layihəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) rübdə bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.

Sertifikat müddətinin 5 ildən 2 ilə endirilməsi namizədlərə necə təsir edəcək?

Fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Demokrat.az-a açıqlamasında qeyd edib ki, yeni Dövlət Qulluğu Məcəlləsi layihəsində "Dövlət qulluğu sertifikatı"nın qüvvədəolmamüddətinin 5 ildən 2 ilə endirilməsi və müvafiq qurum tərəfindən rübdə azı bir dəfə test imtahanlarının təşkil edilməsi təklifi idarəetmədə çevikliyin artırılması məqsədini daşıyır:

Dövlət qulluğuna hazırlaşanlar üçün yeni qayda — Açıqlama

"İlk növbədə, müddətin 2 ilə endirilməsi namizədlərdən bilik və bacarıqların daha yüksəktempdə yenilənməsini tələb edəcəkdir. Azərbaycan qanunvericiliyi və rəqəmsal idarəçilik standartları sürətlə inkişaf etdiyi üçün bu addım kadrların hüquqi bazasının hərzaman aktual qalmasına kömək edəcək.

Bu islahatın namizədlərə mənfi təsir göstərməməsi üçün layihədə mütərəqqi bir kompensasiya mexanizmi imtahanların rübdə azı bir dəfə keçirilməsi nəzərdətutulub. Bu məqamda xüsusilə qeyd edilməlidir ki, Dövlət İmtahan Mərkəzi (DİM) müasirtexnoloji çağırışlara, yeniliklərə və innovativ metodların tətbiqinə hər zaman açıq olanmütərəqqi bir təkamül yolu keçmişdir. DİM-in bu rəqəmsal və metodoloji yeniliklərəçevik adaptasiya olmaq qabiliyyəti imkan verir ki, imtahanların rüblük tempdə təşkilitexniki baxımdan qüsursuz və sürətli idarə olunsun. İntensivliyin bu şəkildə artırılması namizədlər üçün böyük üstünlükdür. Belə ki, hər hansı səbəbdən uğursuzluq olduqdavə ya sertifikatın müddəti bitdikdə, şəxslər növbəti şans üçün aylarla gözləməkməcburiyyətində qalmırlar. DİM-in yenilikçi yanaşması sayəsində sistem statikmodeldən canlı və fasiləsiz fəaliyyət göstərən bir kadr ekosisteminə çevrilir.

Hesab edirəm ki, dövlət qurumlarının müsahibə elanlarının intensivləri testimtahanlarının rüblük tempinə tam uyğunlaşdırılmalıdır. Yalnız bu halda 2 illik sertifikat müddəti namizədlər üçün əlavə inzibati yükə çevrilməz, əksinə, onların dövlət qulluğuna qəbul prosesini daha çevik, rəqabətli və uğurlu edən modern mexanizmə çevrilər.

Azərbaycan Respublikasının Milli Məclisində müzakirəyə çıxarılan yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsi dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi və insan resurslarının müasir çağırışlara uyğunlaşdırılması istiqamətində keyfiyyətcə yeni bir mərhələnin əsasını qoyur. Hazırlanan sənəddə ən çox diqqət çəkən və ictimaiyyət, xüsusilə də dövlət qulluğuna hazırlaşan namizədlər tərəfindən geniş müzakirə olunanməqam hazırda 5 il qüvvədə olan "Dövlət qulluğu sertifikatı"nın müddətinin 2 iləendirilməsi təklifidir. Dövlət qulluğuna hazırlıq prosesinin yüksək intellektual, psixoloji vəzaman resursu tələb etdiyini nəzərə alsaq, bu addımın namizədlər arasında müvafiqnarahatlıqlar yaratması və ədalətlilik meyarı baxımından müzakirə edilməsi tamamilətəbiidir. Lakin bu islahatın fundamental mahiyyətini, onun hansı obyektiv zərurətdən irəligəldiyini və dövlət aparatının funksionallığına göstərəcəyi təsirləri müasir idarəetməfəlsəfəsi və insan resurslarının idarə edilməsi prinsipləri kontekstində elmi-praktikicəhətdən təhlil etmək lazımdır".

İlqar Orucov bildirib ki, müasir dövlət idarəçiliyində kadrların bilik və bacarıqlarının aktuallığı məsələsibiliklərin sürətli köhnəlməsi qanuna uyğunluğu ilə birbaşa bağlıdır və bu dəyişiklik idarəetmənin müasir səviyyədə saxlanması üçün olduqca vacibdir:

"Azərbaycanın hüquqsistemi, xüsusilə rəqəmsal transformasiya, institusional islahatlar və dövlət xidmətlərinin optimallaşdırılması istiqamətində mütəmadi və dinamik təkamül keçirir. Qanunvericiliyin bu cür sürətli inkişafı fonunda, sertifikatın qüvvədə olma müddətinin 2 ilə endirilməsi subyektiv məhdudiyyət deyil, dövlət orqanlarında xidmət edəcək kadrların biliklərini daim yeniləməsini, dinamik və aktual saxlamasını təmin edən vacib tənzimləmə mexanizmidir. Bu yanaşma dövlət xidmətinin keyfiyyət standartını yüksəltməklə yanaşı, vətəndaşlara hər zaman ən son hüquqi reallıqlara hakim olan peşəkar idarəetmə aparatı tərəfindən xidmət göstərilməsi kimi ali ictimai marağa xidmət edir. Sertifikat müddətinin 2 ilə endirilməsi, test imtahanlarının intensivləşdirilməsi və pulsuz müsahibə limitinin tətbiqi dövlət aparatının kadr təminatında köklü keyfiyyət dəyişikliklərinə yol açacaqdır. Bu dəyişikliklər dövlət qulluğunun daxili fəlsəfəsini statik kadr idarəçiliyi modelindən dinamik insan resursları menecmenti modelinə keçirir və dövlət aparatında intellektual kapitalın yenilənmə sürətini artırır. Beş illik passiv gözləmə dövrünün əvəzinə daha çevik modelin tətbiqi kadrların bilik bazasının daim fəal qalmasına kömək edir, nəticədə dövlət orqanlarına qəbul olunan şəxslərin işə adaptasiya müddəti qısalır və onların funksional səmərəliliyi ilk gündən etibarən ənyüksək səviyyədə təmin olunur. Eyni zamanda, bu addım kadr bankında süni namizəd sıxlığının yaranmasının qarşısını alaraq idarəetmədə layiq olanların seçilməsi prinsipini daha da gücləndirərək kadr bazasını daha canlı saxlayır. Layihədə müsabiqənin müsahibə mərhələsinin və daxili müsahibənin 2 mərhələdən ibarət olması isə bu islahatın məntiqi davamıdır və namizədlərin konkret vakant vəzifəyə funksional uyğunluğunu, idarəetmə bacarıqlarını daha dərindən ölçməyə xidmət edir".

FH
Fidan Hacızadə
Müxbir