Sosial

Rəsul Quliyev Azərbaycana qayıdır? - Qızı danışdı

Rəsul Quliyev Azərbaycana qayıdır? - Qızı danışdı

"Rəsul Quliyev neçə illərdir Amerikadadır. Yaşını da bilirsiniz. Ən yaxınları - biz uşaqları, nəvələri, bütün ailəsi oradadır. Allah bilən məsləhətdir. Qismət olsa, Azərbaycana gələr".

Demokrat.az pravda.az-a istinadla xəbər verir ki, bunu ABŞ-də yaşayan sabiq spiker Rəsul Quliyevin qızı Xanım Quliyeva deyib.

O, qayıdış mövzusunda müzakirələrin aparılmadığını bildirib:

"Hər halda aramızda belə müzakirələr olmur. Atamın fikri, qəlbi həmişə Azərbaycandadır. Qızı olaraq atamın Azərbaycana gəlişi ilə bağlı nəsə demək mənə çətindir. 27 sentyabr - Anım Gününə gəlməyimizin səbəbi də elə atam oldu. Dedi ki, Azərbaycandasınız, gərək mütləq şəhidlərimizi ziyarət edəsiniz. Bir neçə gün öncə də Şəhidlər Xiyabanını ziyarət etmişik".