İnfrastruktur

ADY yük daşımalarını artırıb

ADY yük daşımalarını artırıb

Azərbaycan Dəmir Yolları (ADY) 2026-cı ilin yanvar-avqust aylarında 12 milyon tondan çox yük daşıyıb.

Demokrat.az ADY-yə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz çoxdur.

Hesabat dövründə tranzit yükdaşımaların həcmi 5 milyon tona çatıb. Bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 12 faiz çoxdur.

Tranzit daşımalarında Şərq-Qərb dəhlizi üzrə 17 faiz, Şimal-Cənub istiqaməti üzrə isə 24 faiz artım qeydə alınıb.

Bundan başqa, cari ilin avqust ayında yükdaşımaların ümumi həcmi ötən ilin avqustu ilə müqayisədə 32 faiz, tranzit daşımalar isə 40 faiz artıb.

D
demokrat.az