Dünya Özəl

Ukrayna ordusu Donbasda irəliləyir: bir yaşayış məntəqəsi azad edildi

Ukrayna ordusu Donbasda irəliləyir: bir yaşayış məntəqəsi azad edildi

Ukrayna qüvvələri həmçinin başqa bir yaşayış məntəqəsi yaxınlığında Rusiya qoşunlarını geri oturtmağa nail olublar. Həmçinin Donetsk vilayətinin Kramatorsk rayonundakı Srednie kəndi də azad edilib.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın "DeepState" monitorinq layihəsinin analitikləri öz "Telegram" kanallarında yayıblar.

"Ukrayna qoşunları, həmçinin Donetsk vilayətinin Liman rayonundakı Şandrıholove yaxınlığında düşmənin irəliləməsinin qarşısını alıb və onları geri çəkilməyə məcbur ediblər" - açıqlamada deyilir.

Ukrayna mediasının məlumatına görə, müdafiə qüvvələri Rusiya hərbi komandanlığının Donetsk bölgəsindəki istehkamlar zolağını geniş şəkildə mühasirəyə almaq planlarının qarşısını alıb.

Müharibələrin Analizi İnstitutunun (ISW) analitiklərinin hesabatında qeyd olunur ki, Kremlin Rusiyanın qələbəsini qaçılmaz kimi təqdim etməsinə baxmayaraq, Ukrayna qoşunları həm strateji, həm də əməliyyat səviyyəsində uğur qazanmaqda davam edirlər.

Alparslan

D
demokrat.az