Dünya

Peskov: “Dünya Avropa və ABŞ-dən ibarət deyil”

Peskov: “Dünya Avropa və ABŞ-dən ibarət deyil”

Dünya Avropa və ABŞ ölkələri ilə məhdudlaşmır. Qlobal çoxluq – həm cənubda, həm də şimalda yerləşən ölkələr – daha geniş və zəngin bir məkandır.

Demokrat.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RT-yə açıqlamasında bildirib.

“Bunlar müxtəlif ölkələr, müxtəlif güclər, müxtəlif iqtisadiyyatlar və problemlərə fərqli yanaşmalardır. Əlbəttə, Rusiya bu müxtəlifliyi alqışlayır”, – Kremlin nümayəndəsi vurğulayıb.

Peskovun sözlərinə görə, Rusiya hesab edir ki, gələcək yeknəsəqlikdə deyil, müxtəliflikdədir.

Demokrat.az

D
demokrat.az