Dünya

Ledi Qaqa ana olub — FOTO

Ledi Qaqa ana olub — FOTO

Dünya şöhrətli müğənni Ledi Qaqa ilk dəfə ana olub.

Demokrat.az xəbər verir ki, 40 yaşlı sənətçi nişanlısı Maykl Polanski ilə övlad sahibi olub. Xəbəri daha sonra “People” nəşri də təsdiqləyib.

Ledi Qaqa və Maykl Polanski yaxın günlərdə Şimali Kaliforniyada yeni doğulan körpələri ilə görüntüləniblər. Paparassilərin lentə aldığı kadrlarda müğənninin körpəni sinəsinə bağlayaraq daşıdığı, Polanskinin isə onun yanında olduğu görülüb.

Cütlük hələlik övladlarının adını, cinsiyyətini və doğum tarixini açıqlamayıb. Onlar sosial şəbəkə hesablarında da bu barədə hər hansı paylaşım etməyiblər.

Qeyd edək ki, Ledi Qaqa ilə Maykl Polanskinin münasibəti 2019-cu ildən başlayıb. Cütlük 2024-cü ildə nişanlanıb. Qaqa həmin il Paris Olimpiadası zamanı Polanskini ilk dəfə ictimaiyyət qarşısında “nişanlım” kimi təqdim edib.

Biznesmen və sahibkar olan Maykl Polanski daha əvvəl Ledi Qaqa tərəfindən onun ən yaxın dostlarından biri və böyük dəstəkçisi kimi xarakterizə olunub.

Ledi Qaqa ana olub — FOTO
Demokrat.az

D
demokrat.az