Dünya Özəl

Yaponiyada ən rahat yatan yarışacaq — Qalibə 33 min manat veriləcək (Şərtlər)

Yaponiyada ən rahat yatan yarışacaq — Qalibə 33 min manat veriləcək (Şərtlər)

Dünyada müxtəlif idman yarışları keçirilir. Lakin Yaponiyada təşkil olunacaq müsabiqədə qalib gəlmək üçün qaçmaq, tullanmaq və ya ağır çəki qaldırmaq lazım deyil. İştirakçılar sadəcə yatmalıdırlar.

Demokrat.az xəbər verir ki, “Mattrace by Koala” adlı qeyri-adi yarış oktyabrın 5-də Tokioda keçiriləcək.

Yarışın şərtlərinə görə, iştirakçılar 90 dəqiqə ərzində yataqda qalaraq mümkün qədər keyfiyyətli yatmağa çalışacaqlar. Onların yuxusu xüsusi cihazlarla izləniləcək.

Qiymətləndirmə zamanı yuxunun dərinliyi və keyfiyyəti, yuxuya getmə müddəti və yuxunun sabitliyi nəzərə alınacaq.

Maraqlısı isə budur ki, iştirakçılar sakit şəraitdə yatmayacaqlar. Onlar yuxuya getdikdən sonra təşkilatçılar müxtəlif səslərlə onları qəsdən narahat edəcəklər.

Beləliklə, iştirakçıların həm tez yuxuya getmək, həm də kənar səslərə baxmayaraq yuxunu davam etdirmək bacarığı yoxlanılacaq.

Yarışın qalibinə 2,22 milyon yen, yəni təxminən 33 500 AZN mükafat veriləcək.

Qeydiyyat sentyabrın 16-sı saat 23:59-dək davam edəcək.

Jalə Demokrat.az

D
demokrat.az