Dünya Özəl

Avropa böyük bir fəlakətlə üz-üzədir — Nəhəng dağ parçalanır

Avropa böyük bir fəlakətlə üz-üzədir — Nəhəng dağ parçalanır

Qlobal istiləşmə və iqlim dəyişikliyi dünyada ekstremal təbiət hadisələrinə, eləcə də buzlaqların əriməsinə səbəb olarkən, Qərbi Avropanın ən yüksək nöqtəsi olan Mon Blan da bu dəyişiklikdən təsirlənib.

Demokrat.az xəbər verir ki, bu yay Avropa qitəsində qeydə alınan rekord temperatur səbəbindən bölgədəki buzlaqların və donmuş torpağın əriməsi qaya uçqunlarına səbəb olur.

Dünyanın müxtəlif yerlərindəki buzlaqlar qlobal istiləşmə və iqlim dəyişikliyi səbəbindən ciddi təhlükə ilə üz-üzədir. Avropadakı Mon Blan donmuş torpaq qatını itirib və böyük dəyişikliklər keçirib. Şimal qütbündə iqlim dəyişikliyi ötən il böyük bir qaya kütləsinin qoparaq aşağı sürüşməsinə səbəb olub. Himalay dağları da onsuz da həssas vəziyyətdədir; Nepalda baş verən daşqınlar bunun göstəricilərindən biridir.

Avqust ayında Nepalda baş verən daşqın fəlakəti iqlim dəyişikliyi səbəbindən əriyən buzlaqların oxşar fəlakətlərə səbəb ola biləcəyi ilə bağlı narahatlıqları artırıb. Qərbi Avropadakı Mon Blan da oxşar təhlükə ilə üz-üzədir. Bu yay El-Ninyo hadisəsinin də təsiri ilə Avropanı bürüyən rekord isti hava dalğası “Ağ dağ” kimi tanınan Mon Blanın üzərindəki buzlaqların və daimi donmuş torpağın əriməsinə səbəb olaraq bölgə sakinlərində ciddi narahatlıq yaradıb.

Qayalı yamaclarda buzların əriməsi nəticəsində süxurlar parçalanmağa başlayıb və bunun ardınca qayalar aşağı düşür. Dəniz səviyyəsindən 4 805 metr yüksəklikdə yerləşən bir qaya keçidi müvəqqəti olaraq istifadəyə yararsız hala düşüb.

Səlahiyyətlilər qaya uçqunlarının iyul ayının ortalarından etibarən artdığını bildirirlər.

Baş verən dəyişikliklər dağ bələdçilərinin fəaliyyətinə də birbaşa təsir göstərir. Girişin çətinləşməsi və qaya uçqunu riskinin artması səbəbindən bəzi dırmanışlar ləğv edilib. Bələdçilər xüsusilə buzlaqların əriməsi nəticəsində ortaya çıxan yeni təhlükələrə qarşı daha ehtiyatlı davranırlar.

Jalə Demokrat.az

D
demokrat.az