İqtisadiyyat Özəl

Xaricdən gələn içkilər bahalaşa bilər — Açıqlama

Xaricdən gələn içkilər bahalaşa bilər — Açıqlama

Azərbaycana idxal olunan bir sıra şərab məhsullarına 2030-cu ilədək 15% gömrük rüsumu tətbiq ediləcək. Rüsum bəzi məhsullar üzrə litri 3 dollardan, digərləri üzrə isə 2 dollardan az olmayacaq.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, bu qərarın verilməsinin əsas səbəbi yerli istehsalı stimullaşdırmaqdır.

Xaricdən gələn içkilər bahalaşa bilər — Açıqlama

Onun sözlərinə görə, xarici şərab məhsulları bahalaşacaq və avtomatik olaraq yerli şərab istehsalçıları üçün müəyyən münbit şərait yaranacaq:

“Amma problem ondan ibarətdir ki, yerli şərabların özünün qiyməti çox bahadır. Xaricdən gətirilən şərablar bəzi hallarda yerli şərablardan 30-40 faiz ucuzdur. Bu nöqteyi-nəzərdən, indi onların qiyməti qalxaraq müəyyən mənada yerli şərab istehsalçılarının qiymətləri ilə bərabərləşə bilər.

Amma bu stimullaşdırma bəs edəcəkmi? O qədər də əmin deyiləm. Çünki yerli şərab istehsalçıları təkcə qiymət məsələsində yox, keyfiyyət baxımından da insanları inandırmalıdırlar, istehlakçılarla işləməlidirlər. Ciddi reklam kampaniyaları olmalıdır. Bütün bunlar daxili istehsalçılar üçün belə bir stimul yarada bilər.

Yəni indi verilən qərar daxili istehsalçıları qorumaq üçündür, daha doğrusu, onların istehsalını artırmaq məqsədi daşıyır. Amma bunun effektiv olub-olmayacağı yaxın gələcəkdə bilinəcək. Yaxın zamanlarda bununla bağlı hansısa irəliləyişin əldə olunub-olunmadığı açıq şəkildə görünəcək”, - deyə iqtisadçı fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az