Sağlamlıq Özəl

Beyində xroniki ağrını dayandıran mexanizm aşkarlandı

Beyində xroniki ağrını dayandıran mexanizm aşkarlandı

ABŞ-da aparılan beynəlxalq araşdırma zamanı xroniki sinir ağrılarının beyində yaranma mexanizmi ilə bağlı mühüm kəşf edilib.

Demokrat.az xəbər verir ki, Vaşinqton Universitetinin alimləri beynin oyanıqlıq və stresə cavab verən hissəsində ağrı siqnallarını zəiflədən təbii mexanizm aşkar ediblər.

Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, sinir zədələnməsi beyində ağrıya həssaslığı artırır. Bu zaman ağrıya nəzarət edən xüsusi opioid qəbulediciləri öz fəaliyyətini itirir. Alimlər həmin qəbulediciləri yenidən aktivləşdirdikdə ağrı əlamətləri aradan qalxıb.

Tədqiqatçılar hesab edirlər ki, bu kəşf gələcəkdə morfin və digər güclü ağrıkəsicilərə alternativ yeni müalicə üsullarının hazırlanmasına imkan verə bilər.

Hazırda alimlər yalnız ağrıya nəzarət edən beyin nahiyəsinə təsir göstərən yeni dərmanlar üzərində çalışırlar.

Qeyd edək ki, araşdırma hələlik heyvanlar üzərində aparılıb. Yeni müalicənin insanlar üçün nə vaxt tətbiq olunacağı məlum deyil.

Jalə Demokrat.az

D
demokrat.az