Türkiyənin Kanal D kanalında yayıma başlayacaq“Haysiyyət”serialında Simay obrazını canlandıran aktrisa Merih Öztürk yeni layihəsi ilə bağlı açıqlamalar verib.
Aktrisa uzun müddətdir onu həyəcanlandıracaq, motivasiya edəcək və çəkiliş meydançasına həvəslə getməsini təmin edəcək bir layihə gözlədiyini bildirib. Öztürk “Haysiyyət”in məhz belə bir layihə olduğunu vurğulayıb.
“Haysiyyət mənə adeta çiçək kimi gəldi. İçində yer aldığım üçün çox xoşbəxt olduğum bir layihə oldu”, – deyə aktrisa bildirib.
Merih Öztürk serialdakı tərəfdaşı Doğukan Güngörlə bağlı da fikirlərini bölüşüb. Onun sözlərinə görə, Güngörlə işləmək böyük rahatlıqdır.
“Doğukanla işləmək böyük rahatlıqdır. Bu layihədə tanış olduq və birlikdə işləməkdən çox xoşbəxtəm. Son dərəcə nəzakətli və dəstəkləyici tərəfdaşdır. Mənə özümü rahat hiss etməyim üçün imkan yaradır. Aramızda gözəl uyğunluq yaranıb”, – deyə Öztürk qeyd edib.
“Simay kövrək, amma özünə güvənən gənc qadındır”
Aktrisa canlandırdığı Simay obrazının xüsusiyyətlərindən də söz açıb. O, Simayı kövrək, lakin özünə güvənən və ayaqları yerə möhkəm basan gənc qadın kimi xarakterizə edib.
Öztürkün sözlərinə görə, Simay ailəsi tərəfindən böyük qayğı ilə böyüdülüb və daim qorunub. Bu səbəbdən onun həyatında real həyat təcrübəsi və çətinliklərlə üzləşmək çatışmayıb.
Simay həyatın gerçək tərəflərini Mehmet sayəsində tanımağa başlayır. Mehmet onun özünü kəşf etməsinə səbəb olur və zaman keçdikcə onların arasında güclü sevgi yaranır.
“Obrazların boz tərəfləri məni təsirləndirdi”
Merih Öztürk “Haysiyyət”in güclü və çoxqatlı ssenarisinin olduğunu bildirib. Aktrisanı xüsusilə obrazların yalnız yaxşı və ya pis tərəfləri ilə təqdim edilməməsi cəlb edib.
“Haysiyyətdə obrazlar yalnız yaxşı və ya pis kimi göstərilmir, onların boz tərəflərini də görə bilirik. Hekayəyə daxil olduqca obrazların niyə müəyyən qərarlar verdiyini sorğulamağa başlayırsınız. Bu dərinlik məni çox təsirləndirdi və layihəyə bağladı”, – deyə o bildirib.
Öztürk yay boyunca vaxtının böyük hissəsini Simay obrazını daha dərindən anlamağa və onun xarakterini inkişaf etdirməyə sərf etdiyini deyib.
Aktrisa serialda sevgi, ləyaqət və sinfi qarşıdurmanın təsirli şəkildə işlənildiyini vurğulayıb:
“Güclü obrazlara sahib bir hekayə tamaşaçıları gözləyir. Hər obrazın özünəməxsus mübarizəsi və keçmişi var. Ümid edirəm ki, tamaşaçılar da bu hekayəni bizim qədər sevəcəklər.”
ProdüserliyiniSüreç Filmin həyata keçirdiyi “Haysiyyət”də iki fərqli ailənin hekayəsindən bəhs olunur. Sinfi fərqlərdən doğan qarşıdurma Simay və Mehmetin bir-birinə aşiq olması ilə daha da dərinləşir.
Leyla Demokrat.az


