Məşhur sənətçi Bülent Ersoy yalnız güclü səsi ilə deyil, üslubunu əks etdirən dəbdəbəli geyimləri ilə də diqqət çəkir. Ötən aylarda yüksək qiymətli saatı ilə sosial şəbəkələrdə geniş müzakirə olunan sənətçi bu dəfə barmağındakı gözoxşayan üzüyü ilə maqazin gündəminə düşüb.
Demokrat.az xəbər verir ki, ötən aylarda alış-veriş zamanı qolundakı lüks saatla medianın diqqət mərkəzinə düşən Ersoyun bu aksessuarının təxminən 150 min dollar dəyərində olduğu iddia edilmişdi. Xüsusi zinət əşyaları kolleksiyasına olan sevgisi ilə tanınan və səhnə geyimlərini nadir parçalarla tamamlayan sənətçi zinət əşyası seçimlərindəki iddiasını davam etdirir.
Ötən axşam pərəstişkarları ilə görüşən Ersoy barmağındakı nəhəng üzük ilə kameraların diqqət mərkəzinə çevrilib. Qiymətli daşlarla bəzədilmiş xüsusi dizayn zinət əşyasının çəhrayı sapfir və brilyantdan hazırlandığı, çəkisinin isə təxminən 12 karat olduğu iddia edilib.
Dəbdəbəli aksessuar seçimlərinə daha birini əlavə edən məşhur sənətçi bir daha adından söz etdirməyi bacarıb.
Bülent Ersoyun görənləri təəccübləndirən sərvət siyahısı da kifayət qədər uzundur:
* İstanbulda 28 mənzil və 4 ultra-lüks villa * Antalya, Marmaris və Muğla-Bodrumda villalar * İstanbulun Fənərbaxça rayonunda xüsusi sauna * Antalyanın Fəthiyə rayonunda yanacaqdoldurma məntəqəsinə investisiya * 30 metrlik lüks yaxta * İcarəyə verdiyi kranlar və buldozerlər

Jalə Demokrat.az


