Bərdə rayonunda eyni ailə daha bir ağır itki ilə üzləşib.
Avqustun 16-da qəfil vəfat edən Bərdə rayon təhsil sektorunun müdiri Nicat İsmayılovun atası Əli İsmayılov da dünyasını dəyişib.
Bərdə şəhər sakini olan Əli İsmayılov oğlunun ölümündən 19 gün sonra vəfat edib. Onun da qəfil dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, 41 yaşlı Nicat İsmayılovun avqustun 16-da ürək tutmasından vəfat etdiyi bildirilib. (qafqazinfo)


