Dünya

“Novaya Gazeta” "xarici agent" elan edildi

“Novaya Gazeta” xarici agent elan edildi

Rusiyanın müstəqil media qurumlarından biri olan “Novaya Gazeta” ölkənin “xarici agent”lər siyahısına əlavə olunub.

Bu barədə Rusiya Ədliyyə Nazirliyi açıqlama yayıb.

Nazirliyin məlumatında qeyd olunub ki, internet nəşri rəsmi olaraq “xarici agent” kimi tanınan şəxslər və qurumların siyahısına daxil edilib.

Siyahının son yenilənməsində “İstoriçeskaya ekspertiza” jurnalı, ABŞ-dan olan tədqiqatçı Tatyana Tatarinova, yazıçı Feliks Sandalov və publisist Sergey Leybqradın da adları yer alıb.

Demokrat.az

D
demokrat.az